Tərtərdə mina partlayışında 3 nəfər ölüb, cinayət işi başlanılıb

A- A A+

Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: