Azərbaycanın Türkiyədə tikəcəyi şəhərciyin təməli qoyulub - VİDEO

A- A A+

Azərbaycanın ayırdığı maliyyə vəsaiti ilə Türkiyədə zəlzələdən zərər çəkmiş Kahramanmaraşda tikiləcək şəhərciyin təməli qoyulub. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, binaların təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı çərçivəsində qoyulub. 

"Güclü zəlzələlərdən sonra Azərbaycan Türkiyənin yanında oldu. Daha sonra İlham qardaşım Kahramanmaraşda 1000 ev tikmək sözü verdi. Bununla birlikdə məktəblər, məscid, yataqxanalar və bir çox sosial binalar tikiləcək. Bir sözlə, Azərbaycan şəhər inşa etmək qərarı verib. Bu gün bu şəhərin təməlini qoyuruq",- Ərdoğan deyib.

Daha sonra prezidentlər canlı bağlantı vasitəsilə binaların təməlini qoyublar.

Yaşayış və sosial binaların tikintisi 1 il ərzində başa çatdırılacaq. Binalar Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: