Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin Direktorlar Şurasının sədri Aram Ananyan bildirib.
O əlavə edib ki, şirkət ləğv edilmiş reyslərin sərnişinlərinə vəziyyət barədə məlumat verəcək.