NATO-nun mənzil qərargahında Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı sərgi açılıb - FOTOLAR

A- A A+

NATO-nun Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində memorial-foto stendinin açılışı olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın Alyansdakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.

Stentdə H.Əliyevin NATO-Azərbaycan münasibətlərinin inkişafına əvəzsiz töhfələrini əks etdirən fotolar və məlumatlar sərgilənir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev memorial-foto stendin açılış mərasimində iştirak edib.

Qeyd edək ki, H.Hacıyev Belçikada səfərdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: