Prezidentin köməkçisinin NATO Baş katibinin müavini ilə müzakirə etdiyi məsələlər açıqlanıb

A- A A+

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Katlerlə müzakirə etdiyi məsələlər açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə D.Katler tviterdə yazıb:

“Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır”.

O səmərəli müzakirəyə və 20 ildən artıqdır davam edən tərəfdaşlığa görə Azərbaycana təşəkkür edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: