Azərbaycan Ordusunun təlimində şərti düşmənin hava hədəfləri məhv edilib - VİDEO

A- A A+

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Qarşıya qoyulan döyüş tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: