Ceyhun Bayramov: "Prezident İlham Əliyevin prinsipial xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artmaqdadır"

A- A A+

Azərbaycanın postmünaqişə dövründə regiondakı sülh səyləri xarici siyasət xəttində yeni dövrün başlanğıcının göstəricisidir. 30 ilə yaxın davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həlli, regionda yeni reallıqların və gündəliyin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində də mühüm rol oynayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Xarici İşlər Naziri Ceyhun Bayramov mayın 6-da keçirilən "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" adlı konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ikitərəfli və çoxtərəfli platformalarda ölkəmiz üçün səmərəli nəticələr verən, hazırkı mürəkkəb şəraitdə bərabərhüquqlu münasibətlərin inkişafına istiqamətlənən müstəqil və prinsipial xarici siyasət kursunun icrası nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: