Fransa səfiri Ann Buayon: “Heydər Əliyevin Fransaya səfəri ilə iki ölkə arasında beynəlxalq münasibətlərin əsası qoyuldu”

A- A A+

"Bu gün diplomatik heyətlə Naxçıvana səfər etdiyim üçün çox xoşbəxtəm. Bu, mənim Naxçıvana ilk səfərimdir. Bu gün Heydər Əliyevin 100 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak edirik. Fransa və Azərbaycan arasındakı diplomatik əlaqələr bildiyiniz kimi mühüm əhəmiyyət kəsb edir". 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvanda olan Fransanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ann Buayon jurnalistlərə verdiyi müsahibədə səsləndirib.

Bunu xüsusilə vurğulamaq istərdim ki, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin Fransaya ilk diplomatik səfəri 1993-cü ildə baş tutub. Belə ki, 1993-cü ildə Heydər Əliyev Fransanın Prezidenti ilə görüşüb. Bu görüş hər iki dövlət arasında mühüm əhəmiyyət daşıyır. Həmin səfərdən sonra Fransa və Azərbaycan arasında beynəlxalq münasibətlərin təməli qoyuldu. Naxçıvana gəldiyimiz ilk andan bəri gördüklərim, muzeydəki eksponatlar məni heyran etdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: