Yerjan Mukaş: "Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dahi şəxsiyyəti idi"

A- A A+

"Heydər Əliyevin yüzillik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün burdayam. Bu simvolikdir, çünki təşkilatımız 2009-cu ildə sammit zamanı Naxçıvanda yaranıb. Mənim üçün ikiqat şərəfdir, çünki mən Qazaxıstanın Azərbaycandakı səfirliyində də çalışmışam. Naxçıvanda olmağıma çox şadam".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvanda olan Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş jurnalistlərə verdiyi müsahibədə səsləndirib.

"Bütün təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Bütöv Azərbaycan xalqını ümummilli lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edirəm. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dahi şəxsiyyəti idi. O, türk dünyası arasında körpü rolunu oynayırdı. Düşünürəm ki, bu cür insanlar dünyaya yüz ildə bir dəfə gəlirlər. Hər kəsi bu əlamətdar tarix münasibətilə təbrik edirəm. Bu cür tədbirin iştirakçısı olmaqdan qürur duyuram".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: