Qubada "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda forum keçirilib - VİDEO

A- A A+

Qubada Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda forum başlayıb.   

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Şahdağ-Quba-Truskavets" hotelində baş tutan forum böyük şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.  

Forum öz işinə dahi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb. Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Ədəbiyyat Fondunun direktoru Varis Yolçuyev dahi şəxsiyyət haqqında xatirələrini bölüşüblər.

Forumda çıxış edən millət vəkilləri Sabir Rüstəmxanlı, Aqil Abbas, Jalə Əliyeva, o cümlədən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Ukrayna Milli Elmlər Akademiyasının fəxri üzvü Əlibala Məhərrəmzadə Ulu Öndərin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açıb, onun Azərbaycanın dövlətçilik tarixində müstəsna yerindən danışıblar. 

Daha ətraflı videoreportajda:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: