Prezident İlham Əliyev mayın 6-da "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Prezident mükafatçıları arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də vardır.
Prezidentin sərəncamı ilə Ağasoy Həsən Vəliqulu oğlu, Əliyarov Elvin Bahadur oğlu, Haxverdiyev Behruz Əyyub oğlu, Hüseynov Rövşən Maqsud oğlu, İmanov Əbülfəz Hüseyn oğlu, Quliyev Ələsgər Kamran oğlu, Məmmədova Həcərxanım Cavanşir qızı, Məmmədzadə Nəsimi Əyyub oğlu, Nəbiyeva Mehri Rasim qızı və Niftəliyeva Nurbəniz Nurəddin qızı Azərbaycan Respublikası Prezidentinin mükafatları ilə təltif ediliblər.