Mövlud Çavuşoğlu: "Ermənistan səmimi olmadığına görə Cənubi Qafqazda vəziyyət hələ də gərgindir"

A- A A+

"Cənubi Qafqazda vəziyyət kövrəkdir. Ermənistan səmimi olmadığına görə durum hələ də gərgindir".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, indi dünyada beynəlxalq sistemsizlik hökm sürür: “Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə sistemsizlikləri müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Halbuki BMT-nin, Avropa İttifaqının yaradılmasının məqsədi toqquşmaların qarşısını almaq idi”.

Nazirin sözlərinə görə, Ukrayna müharibəsində Türkiyə kimi balanslı siyasət yürüdən başqa ölkə yoxdur: “Biz bu siyasəti davam etdirməliyik. Türkiyənin balanslı siyasəti bu ölkə üçün çox faydalıdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: