Azad edilən ərazilərdə daha 163 mina aşkarlanıb

A- A A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 163 mina aşkarlayıb.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, mayın 1-dən 6-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88, tank əleyhinə 75 mina və 123 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 356 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: