Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tviterdə paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paylaşımda deyilir:
"Qardaş Azərbaycanın Ulu Öndəri və Azərbaycanı güclü və müasir dövlətə çevirən ideyaların müəllifi Heydər Əliyevin əziz xatirəsini 100-cü doğum günündə dərin ehtiramla yad edirik".