Naxçıvanda hərbi yürüş keçirilib - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları ümummilli liderin 100 illiyi ilə bağlı hərbi yürüş keçirib.
Heydər Əliyev prospektindən başlayan yürüş Heydər Əliyev Sarayının qarşısınadək davam etdirilib.
Hərbi qulluqçular orkestrin müşayiəti ilə Naxçıvan şəhərinin mərkəzi küçələrində hərbi vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndiriblər.
Yürüş izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.
Yunis Allahverdiyev