“Qurtuluşun Günəşi” adlı tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Qarnizonu tam orta məktəbinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Qurtuluşun Günəşi” adlı tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin elm və təhsil siyasətindən danışıblar. Bildirilib ki, dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Məhz buna görə də görkəmli dövlət xadimi Heydər Əliyevin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyin bərpasından sonrakı dönəmdə ölkəmizə rəhbərlik etdiyi zamanlarda həyata keçirdiyi təhsil siyasəti fundamental və tarixi əhəmiyyətli məqsədləri hədəfləmişdir.

Qeyd olunub ki, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib.

Tədbirin bədii hissəsində “Babək” tarixi romanından səhnələşdirilmiş parçalar və Ulu Öndərə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Naxçıvan Dövlət Filarmoniyasının ifasında mahnı və rəqslər tədbir iştirakçılarında xoş əhvali-ruhiyyə yaradıb.

Kənan Cəlilov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: