Kolumbiya telekanalında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş süjet yayımlanıb

A- A A+

Amerika qitəsindəki bütün ölkələrdə yayımlanan Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş süjet yayımlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, süjetdə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyini təntənəli şəkildə qeyd etdiyi bildirilib.

Qeyd olunub ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü və daxili çəkişmələrlə əlaqədar dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdığı bir vaxtda Heydər Əliyev ölkədə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində Zəfər qazanaraq erməni işğalına son qoyub. Böyük dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və gələcəyə hesablanmış siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyev siyasi kursu 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Süjetdə, həmçinin bölgədə reallaşan qlobal miqyaslı layihələrin təşəbbüskarı olan Azərbaycanın beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi etdiyinə diqqət çəkilib. Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsini hər zaman hörmət və ehtiramla yad etdiyi və ölkənin nadir memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzinin müasir müstəqil Azərbaycanın banisi Ulu Öndərin adını daşıdığı bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: