İslandiyanın Reykyavik şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi komitəsinin iclası keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ölkəmizi bu tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edəcək.
İclasda “Avropa Şurası çoxtərəfli arxitekturanın əsas oyunçusu kimi”, “Avropa Şurası insan hüquqlarının müdafiəsinin pioneri kimi: yeni nəsil hüquqlar” və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səməd Seyidov səfər çərçivəsində İslandiya parlamentinin İslandiya Universiteti ilə birgə keçirəcəyi “Gələcək üçün demokratiya ölçüsü” mövzusunda dəyirmi masaya da qatılacaq.
Səfər mayın 16-da başa çatacaq.