Çavuşoğlu: "Cənab Kılıçdaroğlu, biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?!”

A- A A+

“Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana hər cür dəstək verdik. Kılıçdaroğlu isə deyir ki, biz sırf Azərbaycana dəstək vermişik. İndi soruşuram: “Biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?”.

NUHÇIXAN İnformasiya Agentliyi “KanalV”-yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada seçicilərlə görüşdə bildirib.

O, Türkiyənin türk dünyasını birləşdirən bir ölkə olduğunu xatırladaraq müxalifətin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun Azərbaycanı Çin-Avropa yol xəritəsindən kənar tutmasına işarə edərək deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir: “Siz bizi niyə kənarlaşdırırsınız?!” Kılıçdaroğlundan soruşur: “Siz Azərbaycandan nə istəyirsiniz?!”.

Mövlud Çavuşoğlu 44 günlük müharibə zamanı ölkəsinin tutduğu mövqedən bəhs edərək bunları söyləyib: “Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana hər cür dəstək verdik. Kılıçdaroğlu isə deyir ki, biz sırf Azərbaycana dəstək vermişik. İndi soruşuram: “Biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?! Azərbaycan öz torpaqlarını müdafiə etmək üçün döyüşdü, yəni Ermənistanın torpaqlarına hücum etməyib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: