Azərbaycan və İordaniya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr çərçivəsində görüşlər keçirilib

A- A A+

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci raundu çərçivəsində Əmmanda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev bu ölkənin xarici siyasət idarəsinin rəsmiləri ilə görüşlər keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycanın İordaniyadakı səfirliyinə istinadla xəbər verir ki, Fariz Rzayevin İordaniya XİN-in diplomatik məsələlər və xaricdə yaşayan həmvətənlər üzrə baş katibi Lena Əl-Hədid və İordaniya Kralı II Abdullahın siyasi məsələlər ofisinin rəhbəri Moaz Əl Zoubi ilə görüşlərində ikitərəfli əlaqələrin perspektivləri, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: