Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxmaq və vəziyyəti dəyişmək niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, N.Paşinyan bu barədə Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Ermənistanın Gürcüstan və İran ilə yaxşı münasibətləri var. Lakin İrəvanın Türkiyə və Azərbaycan ilə demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır.
Paşinyan deyib: “Qonşularla dostluq İrəvanın xarici siyasətinin əsas məqsədidir. Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyətin dəyişdirilməsi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir”.