Asip Kaya: “Naxçıvanda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir”

A- A A+

Naxçıvanda II turda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya Naxçıvan televiziyasına müsahibəsində bildirib.

O, qeyd edib ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib: “Lakin prezident seçkilərində hər hansı namizəd 50 %-dən artıq səs toplaya bilmədiyi üçün ikinci tur keçirilir. Türkiyədə seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Ancaq xaricdə yaşayan türkiyə vətəndaşları üçün fərqli tarixdə keçirilir. Baş Konsulluqda bu gün, sabah və 22-də vətəndaşlarımız saat 8-dən 22-dək bura gələrək səslərini verə bilərlər. Keçən dəfə (birinci tur) 1 033 vətəndaşımız səs verib”.

Qeyd edək ki, xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı səsverməsi başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: