Günnüt zəfərindən 5 il ötür - VİDEO
Günnüt zəfərindən 5 il ötür.
Günnüt Zəfəri ordumuzda və onun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Orduda mövcud olan yüksək döyüş hazırlığının, peşəkarlığın real göstəricisi idi.
İşğaldan azad olunan 11 min hektar ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmçinin əməliyyat zamanı Şərab zavodu və ətraf əraziləri də ordumuz tərəfindən nəzarətə götürüldü. 26 illik həsrətdən sonra Mahmudkənddə məskunlaşan günnütlülər doğma kəndlərinə qayıtdılar, əzizlərinin məzarlarını ziyarət edib, dədə-baba torpaqlaırna qovuşdular.
Keçirilən uğurlu əməliyyat göstərdi ki, Ordumuzun nailiyyətlərinin təməlində məhz şəxsi heyətin mənəvi-psixoloji cəhətdən güclü olması durur. Elə Günnüt əməliyyatını səciyyələndirən əsas amillərdən biri də ordumuzun mənəvi gücünün nümayişi idi.
Bu gün qürurla qeyd etdiyimiz Günnüt Zəfəri, eyni zamanda Aprel döyüşləri, Tovuz döyüşləri və nəhayət Vətən müharibəsində Şanlı Zəfərimiz Azərbaycanda xalq-dövlət-ordu birliyinin real nümayişi, şanlı tariximizin parlaq səhifələrindəndir.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının Günnüt zəfəri ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
İlham Vəliyev