Özümüzü dərk edən gündən Qarabağ , Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl və digər işğal altında olan rayonlarımız haqqında eşidirik.
Ən çox da Şuşa... Səfalı təbiəti ilə dillər əzbəri olan bu diyarın musiqisindən, ələxsus da muğamından danışmağa sanki insanın nəfəsi çatmaz. Suyundandırmı , havasındandırmı bilmirəm, amma bu torpaqda dünyaya göz açıb, səsi olmayan adam, demək olar ki, yoxdur. Necə deyərlər, bu da onlarda bir növ fitri istedad imiş. Deyilənə görə oralarda belə bir deyim varmış ki, "Əgər oxumursansa, deməli, şuşalı deyilsən". Dahi bəstəkar Üzeyir Hacıbəyov, görkəmli müğənni Bülbül, xanəndə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi dünyaya səs salan sənətkarların vətənidir Şuşa. Ölməz sənət abidələrinin bünövrəsini qoyanlar məhz Şuşada doğulublar. Həmişə dediyi kimi: “Şuşa bütün azərbaycanlıların ruhunun vətənidir”.
Amma heyif, çox heyif ki bu gün mən, bir gənc kimi o yerlər haqqında keçmiş zamanda danışmağa və yazmağa məcburam. Necə istərdim o torpaqları gözümlə görməyi, oranın təmiz havasını ciyərlərimə çəkib saf bulaqlarından su içməyi. Hələ , insanlarının analoqu olmayan səsindən qarabağlılara xas boğazlarla muğamları dinləməyi necə arzulamışam. Əfsuslar olsun ki, hər qarışı qızıla bərabər olan bu torpaqlar işğal olunduqda mən heç dünyaya gəlməmişdim. Buralar haqqında sadəcə eşitməklə kifayətlənmişəm. Mən və mənim kimi yüzlərlə insan ancaq bununla kifayətlənmişik.
Bu gün ömrümüzün Şuşa günüdü, İşğal tarixidi, biliklənirik. Bu gün ömrümüzün şüşə günüdü, Təzədən qırılıb çiliklənirik. Şuşasız keçirdiyimiz 26 il. Erməni mənfurları Şuşanı işğal еtsələr də, düşmənin unutduğu bir şey var. Bizə aid olan torpağın кənd-кəsəyinə saxta adlar qоyaraq оnu hеç vaхt özününкüləşdirə bilməzlər. Çünki Şuşanın mayası türk oğlu türkün, Azərbaycan adlanan bir məmləkətdə yaşayan vətənpərvər insanların arzuları, istəkləri, təpəri ,dözümü ilə yoğrulub. Onun hər bir binasının , tikilisinin, qalasının özülündə azərbaycançılıq yatır. Hər daşında öztürklük uyuyur. Ermənilər Şuşanın adına toxunmağa belə cürət etməyiblər. Sadəcə bir hərfi dəyişməyə ancaq cəsarətləri çatıb. Çünki bilirlər ki, bu dağlar başında minlərlər insanın zəhməti hesabına salınan qala bir gün onun əsl sahiblərinin mülkü olacaq.
Hazırda erməni işğalı altında olan Şuşa azad ediləcəyi günü böyük səbirsizliklə gözləyir. Şuşamız doğmalarının, hər birimizin həsrətini çəkir. Eynilə bizim də onun həsrətini çəkdiyimiz kimi. O da bizim kimi bu ayrılığın sona yetəcəyi günü gözləyir. Səbrli ol, Şuşam, səbrli ol. Övladlarının səni azad edəcəyi gün mütləq gələcək!
Fatma Babayeva
Naxçıvan televiziyası