Paşinyan: "İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır"

A- A A+

“İrəvanın tanıdığı 86,6 min kvadratkilometr Azərbaycan ərazisinə Qarabağ da daxildir”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. O deyib: “Biz Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığımızı bildirmişik. Azərbaycanın həmin ərazi bütünlüyünə Qarabağ da daxildir”.

Onun sözlərinə görə, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Xankəndi formatında müzakirə edilməlidir.

N.Paşinyan Azərbaycan ilə sülh sazişinin mətni üzrə razılığın tezliklə əldə olunacağına ümid etdiyini də söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: