İlham Əliyev: "Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib"

A- A A+

"Qırx dörd günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən bildirib.

Dövlət başçısı son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd edib.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, qarşıdakı dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlər olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: