ATƏT PA-nın sədri Zəngilan rayonuna gedərək ərazilərimizin yenidən qurulması prosesi ilə tanış olacaq

A- A A+

Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradıb.

NUHÇIXAN  xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt Prezident İlham Əliyev ilə görüşdə deyib.

ATƏT Parlament Assambleyasının sədri bildirib ki, nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər edəcək, ərazilərimizin yenidən qurulması prosesi ilə tanış olacaq.

Hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində media müstəvisində müsbət bəyanatların olduğunu qeyd edən Marqareta Sederfelt söhbət əsnasında sülh gündəliyi ilə maraqlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: