ABŞ Ermənistanda və digər Avrasiya dövlətlərində kiçik modul nüvə reaktorları tikməyi düşünür, onların Rusiya və Çindən enerji müstəqilliyini gücləndirməyə çalışır.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi söyləyib.
“Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiya, həm də Çindən daha böyük enerji müstəqilliyinə apara bilən kiçik modul nüvə reaktorlarının yaradılmasının mümkünlüyünü qiymətləndiririk”, - o, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində deyib.
Dövlət Departamentinin strukturunda çalışan Lonqi təfərrüatları açıqlamayıb.