“Hazırda Xocavənd rayonunun Edilli, Füzuli rayonun Yuxarı Əhmədbəyli kəndləri ərazisində tapılan sümük qalıqları ilə bağlı müayinələr aparılır. Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir”.
NUHÇIXAN-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin sümük qalıqlarının kriminalistik müayinəsi zamanı torpaqda qalma müddəti müəyyən ediləcək və ultrabənövşəyi şüalardan istifadə olunacaq:
“Daha sonra DNT nümunələri götürülərək müvafiq şəkildə təqdim ediləcək. Qarşımızda duran vacib məsələlərdən biri onların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxın qohumlarına təhvil verilməsidir”.