Baş Qərargah rəisi Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub - FOTOLAR

A- A A+

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Xüsusi Xidmətlər Qrupu (SSG) diviziyasında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, SSG diviziya komandiri general-mayor Adil Rəhmani nümayəndə heyətinə diviziyanın təyinatı və təlim prosesi haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, diviziyanın şəxsi heyəti xüsusi təyinatlılardan ibarətdir və əsasən əks-terror, mühüm hədəflərin aşkar edilməsi, girovların azad edilməsi, informasiya, psixoloji və bir sıra digər xüsusi əməliyyatlara cəlb olunur.

Sonra SSG-nin təlim ərazisi ilə tanışlıq keçirilib, diviziyanın sərəncamında olan silah və texnika, habelə digər hərbi təyinatlı vasitələr nümayəndə heyətinə nümayiş etdirilib.

Sonda general-polkovnik K.Vəliyev SSG diviziyasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov da iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: