Arif Alvi: "Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub"

A- A A+

"Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub".

NUHÇIXAN-ın xəbərinə görə, bu fikirlər Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir.

Əminəm ki, xalqlarımızın rifahı naminə ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək üçün Sizinlə işləməkdə davam edəcəyik", - məktubda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: