Tbilisidəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTOLAR

A- A A+

Mayın 28-də Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında - Mtasminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

NUHÇIXAN xəbər verir ki, teleqüllə və körpü 28 May -Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.

Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng-gözəllik verib.

Televiziya qülləsinin və körpünün işıqlandırılması prosesini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, “SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, onların ailə üzvləri, Gürcüstan universitetlərində təhsil alan tələbələr, ictimaiyyət nümayəndələri, eləcə də şəhərin qonaqları maraqla izləyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: