Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının (KQHO) növbəti mərhələsi ilə bağlı dinləmə keçirib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, döyüşü idarəetmə mərkəzində əməliyyat şəraiti ilə bağlı vəzifəli şəxslərin məruzələri dinlənilib, əməliyyatın keçirilməsi zamanı qoşunların idarə edilməsi və qarşılıqlı fəaliyyətinin təşkili məsələləri icra olunub.