Minskdə Azərbaycanın Dövlət Bayrağı videoproyeksiya edilib

A- A A+

Belarusun paytaxtı Minskin əsas rəmzlərindən olan Milli Kitabxananın binası Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyinin və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunub.

Mayın 28-də axşam saatlarından etibarən Milli Kitabxananın binası göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: