Madridin məşhur “Cibeles” fəvvarəsi Azərbaycan Bayrağı rənglərində işıqlandırılıb

A- A A+

İspaniyanın paytaxtı Madridin rəmzlərindən hesab olunan “Cibeles” fəvvarəsi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Madrid Şəhər Şurasının qərarına əsasən, mayın 30-da axşam saatlarında Azərbaycan Respublikasının Dövlət Bayrağı rənglərində işıqlandırılıb.

Ölkəmizin İspaniyadakı səfirliyindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan Bayrağındakı göy, qırmızı və yaşıl rəngləri İspaniyanın paytaxtında ilk dəfə fəvvarənin üzərinə proyeksiya edilib.

Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərini təcəssüm etdirən bu xoş təşəbbüsə göstərilən dəstəyə görə Madrid meriyasına təşəkkürünü bildirib.

Qeyd edək ki, İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biridir. “Cibeles” fəvvarəsi təkcə Madridin deyil, həm də ölkənin ən çox tanınmış rəmzlərindən hesab olunur. Fəvvarənin yerləşdiyi meydan şəhərin mərkəzi hissəsi olmaqla, yerli əhalinin istirahət üçün toplaşdığı əsas məkanlardan biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: