Mişel: “Bugünkü danışıqlar Brüsseldə keçiriləcək görüş üçün yaxşı hazırlıq idi”

A- A A+

“Bugünkü danışıqlar çox məhsuldar keçdi və iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu”.

NUHÇIXAN xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib.

Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: