Lourens Broers: “ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq səyləri daha da artıb”

A- A A+

“ABŞ Brüssel formatı müvəqqəti dayandırılan zaman danışıqlar prosesinin dəstəklənməsində əsas rol oynayaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında daha fəal rol oynamağa başlayıb”.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqazdakı münaqişələri araşdıran britaniyalı politoloq Lourens Broers deyib.

Onun sözlərinə görə, ötən ayın əvvəlində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və onların komandaları Vaşinqtonda indiyədək görünməmiş müddətdə danışıqlar aparıblar və görünür, münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyiş əldə ediblər: “Bunun ardınca isə mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş nazir Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında baş tutan görüşlə Brüssel formatı bərpa olunub. Görünən odur ki, “Avro-Atlantik” treki bir neçə aylıq fasilədən sonra yenidən işə düşüb”.

L.Broers qeyd edib ki, bu, həm tərəflərin danışıqlar masasına qayıtması, həm də dövlətlərarası səviyyədə olan çox sayda məsələlərin həlli baxımından vacibdir: “Buraya Azərbaycan və Ermənistan arasında razılaşmanın əldə edilməsinin mümkün olduğu sərhədlərin delimitasiyası və humanitar məsələlər daxildir”.

“ABŞ-nin uzun illərdən sonra ilk dəfə bu işdə belə fəal iştirak etməsi də vacibdir. ATƏT-in Minsk qrupunun dağılmasından sonra Avropa və ABŞ Ermənistan-Azərbaycan sülhünün bərqərar edilməsi üzrə danışıqlara sadiqliklərini artırıblar. Bu da həm Bakıda, həm də İrəvanda müsbət qarşılanır”, - o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: