Andjey Duda: "Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır"

A- A A+

Polşa ilə Azərbaycanın dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Dudanın Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilir.

“Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə - iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq”, - deyə Polşa Prezidenti vurğulayıb.

Andjey Duda Prezident İlham Əliyevi Polşaya səfərə dəvət etdiyini bir daha təkrarlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: