Çili Respublikası Azərbaycan Respublikasında diplomatik nümayəndəliyini açmaq qərarını verib.
Bu barədə NUHÇIXAN-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanlanan notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq yaxın zamanlarda Çilinin Bakıda səfirliyinin açılacağı qeyd olunub.