Naxçıvanda normativ hüquqi aktların hüquqi ekspertizasının aparılması üzrə komissiya yaradılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə aşağıdakı tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən Komissiya yaradılsın:

Komissiyanın sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Komissiyanın üzvləri:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsi müdirinin müavini

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi

2. Komissiya normativ hüquqi aktların ekspertizasını həyata keçirib ləğv və ya dəyişikliklər edilməsi təklif olunan aktlarla bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: