XİN: “Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir”

A- A A+

“Avropa İttifaqının (Aİ) üzvü kimi Slovakiya Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını dəstəkləyir”.

Bu barədə NUHÇIXAN-a Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Cənubi Qafqaz regionunda sabitlik və sülh daha geniş mənada mühüm əhəmiyyətə malikdir. Biz ərazi bütövlüyü prinsipini və Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərini qətiyyətlə dəstəkləyirik", - XİN-in bəyanatında deyilir.

Slovakiya XİN hesab edir ki, Şarl Mişel tərəfindən irəli sürülən və daha çox Brüssel formatı kimi tanınan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi liderlərə konstruktiv dialoqun aparılması üçün səmərəli platforma təqdim edir. Bu da regionda dayanıqlılığa və davamlı sülhə nail olmaq baxımından zəruridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: