KİV: Türkiyə Prezidenti Azərbaycana səfər edəcək

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 iyunda Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Ərdoğanın Şimali Kiprdə Prezident Ersin Tatarla görüşəcəyi bildirilir.

Nəşrin xəbərinə görə, Türkiyə lideri iyunun 13-də isə Azərbaycana gedəcək, Prezident İlham Əliyevlə görüşəcək.

Ərdoğanın Azərbaycana səfəri zamanı iki dövlət başçısının Cənubi Qafqazda sülh və sabitliyə yönəlik bəyanatlarla çıxış edəcəkləri qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: