MN: "Ordumuzun bölmələrinin Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması yalandır

A- A A+

İyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəfin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: