MN: Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir

A- A A+

İyunun 12-si saat 14:15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirlik qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: