Tatev Hayrapetyan: “Azərbaycan tərəfi sosial şəbəkələrdə həftənin 7 günü fasiləsiz, mütəşəkkil şəkildə işləyirlər”
“Sizə çox vacib bir komponenti deyim biləsiniz. Siz təsəvvür edin, Azərbaycan tərəfi tviter, sosial şəbəkələrdə və teleqram kanallarında 24 saat, həftənin 7 günü fasiləsiz, mütəşəkkil şəkildə işləyirlər”.
NUHÇIXAN erməni mətbuatına istinadən xəbər verir ki, bunu Azərbaycanşünas, tarix elmləri namizədi Tatev Hayrapetyan bəyan edib.
“Mən bilmirəm, bu işlərə nə qədər resurs xərclənir, lakin onlar (azərbaycanlılar - Qeyd) 24 saat, həftənin 7 günü fasiləsiz işləyirlər. Təsəvvür edirsiniz, fasiləsiz və dayanmadan işlərini görürlər. Və bunlara qarşı mübarizə aparan ermənilər öz şəxsi təşəbbüsləri ilə olanlardır”.