Rusiya Dövlət Duması Dmitri Medvedevi hökumətin sədri vəzifəsinə təsdiq edib

A- A A+

Rusiya Dövlət Duması Dmitri Medvedevi hökumətin sədri vəzifəsinə təsdiq edib.

NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, Medvedevin təyinatının lehinə 374, əleyhinə isə 56 deputat səs verib.

Rusiyanın Liberal-Demokratik Partiyası və Vahid Rusiya fraksiyaları onun namizədliyini dəstəkləyib, Rusiya Federasiyasının Kommunist Partiyası və Ədalətli Rusiya fraksiyaları isə əleyhinə çıxıb. İclasda müzakirə olunan yeganə məsələ Baş nazirin təyinatı olub və səsvermə açıq keçirilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin inauqurasiyası günü hökumət istefaya getmiş və dövlət başçısı bundan öncəki dövrdə də hökumətə rəhbərlik edən Medvedevin namizədliyini Baş nazir postuna irəli sürmüşdü.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: