Naxçıvan televiziyası sərhəddən birbaşa bağlantı edib - VİDEO
Ermənistan tərəfi beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq Azərbaycana çox yaxın ərazidə, Arazdəyəndə metallurgiya zavodu inşa edir. Bu zavod Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Araz çayı və ətraf ərazilərə birbaşa ekoloji təhdid yaradır. Bütün bunlarla yanaşı, Ermənistan ordusunun bu mövqedəki hissələri son bir neçə gündə təxribata əl ataraq ordumuzun mövqelərini intensiv atəşə tutublar. Ənənəvi feyk məlumatlarından da əl çəkməyən işğalçı ölkə guya bu təxribatın Azərbaycan ordusu tərəfindən törədildiyini iddia edir. Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun atəşi nəticəsində Arazdəyəndə metallurgiya zavodunun tikintisində çalışan iki Hindistan vətəndaşının yaralandığı barədə yaydığı məlumat Müdafiə Nazirliyimiz tərəfindən təkzib edilmişdi.
Naxçıvan televiziyasının əməkdaşı İlham Vəliyev Sədərək rayonunda, zavodun inşa olunduğu ərazi ilə sərhəddən birbaşa bağlantı edib.
NUHÇIXAN həmin bağlantını təqdim edir: