Ermənistan tərəfinin açıqlamaları həmişəki kimi, yenə də ənənəvi yalanlar üzərində qurulub - Sədərəkdən reportaj - VİDEO

A- A A+

Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə metallurgiya zavodu inşa etməsi erməni xislətinin növbəti nümunəsidir. Çünki zavoddan atılan zəhərli tullantılar ilk növbədə atmosferi çirkləndirəcək və nəzərə alsaq ki, bu zavod Araz çayı kənarında inşa edilir o zaman bunun çaya vuracağı ziyanın da miqyası böyük olacaq. Ermənistan bunları bildiyi üçün zavodu məhz bilərəkdən Naxçıvan sərhədində inşa etdirir. Bu zavodun işə  salınması Azərbaycanın, ümumilikdə bölgənin ekologiyası və ətraf mühitinə ziyan vurması ilə yanaşı, transsərhəd sularının çirklənməsinə də səbəb olacaq. Bütün bunlarla yanaşı Ermənistan ordusu son bir neçə gündə  ordumuzun Naxçıvan istiqamətində mövqelərini atəşə tutur.

Təxribatların Azərbaycan tərəfindən törədildiyini iddia edən Ermənistən tərəfi hətta məlumat yayır ki, guya Azərbaycan Ordusunun atəşi nəticəsində Arazdəyəndə metallurgiya zavodunun tikintisində çalışan iki Hindistan vətəndaşı yaralanıb. Belə görünür ki, təxribatçı ölkə törətdiyi təxribatları Azərbaycanın üzərinə yıxmaqla diqqət yayındırmağa çalışır. Bir sözlə, Ermənistan tərəfinin açıqlamaları həmişəki kimi, yenə də ənənəvi yalanlar üzərində qurulub.

İlham Vəliyev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: