Fransa özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır. Özlərini onun təmsilçiləri kimi təqdim edənlərlə Fransa heç bir əlaqə saxlamır.
Fransanın Azərbaycandakı səfirliyindən NUHÇIXAN-a verilən məlumata görə, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin sülh yolu ilə və davamlı həlli üçün çalışır və özünün qərəzsiz vəzifəsinə tam riayət etməklə vasitəçilik missiyasını yerinə yetirir”.