BMT Azərbaycan üçün 2050-ci ilə qədər aşağı emissiyalı İnkişaf Strategiyası hazırlayıb, onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edib.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının milli layihə koordinatoru Nazim Məmmədov Bakıda keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.
"Sənədin yaxın vaxtlarda təsdiq edilməsi gözlənilir", - deyə o qeyd edib.